Bank Of Baku

Dünya Bankı Azərbaycana 1 mlrd. dollar ayıracaq

Dünya Bankı Azərbaycana 1 mlrd. dollar ayıracaq
# 08 aprel 2010 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Dünya Bankı (DB) Azərbaycan üzrə növbəti 4 il üçün əməkdaşlıq strategiyasının (2011-2014-cü illər) layihəsinin təsdiqlənəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib.

Onun sözlərinə görə, strategiyaya uyğun olaraq, Azərbaycan hökumətinə hər il təxminən 250 mln. ABŞ dolları (4 ildə 1 mlrd. dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Bununla yanaşı, strategiyada DB artıq başlanmış və uğurla davam etdirdiyi layihələri prioritet hesab edir ki, bunlar avtomobil və dəmir yolları, aqrar və digər sahələrdə icra olunan layihələrdir.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR