Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı yenidənmaliyyələşdirmə əməliyyatlarını kəskin artırıb

Azərbaycan Mərkəzi Bankı yenidənmaliyyələşdirmə əməliyyatlarını kəskin artırıb
# 08 aprel 2010 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sisteminin likvidliyinin idarə edilməsi çərçivəsində həyata keçirilən yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 1 344,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin fevral ayında AMB tərəfindən bank sisteminə yönəltdiyi birbaşa mərkəzləşdirilmiş kreditlərin həcmi 31,8 mln. manat və ya 2,4% artıb.

Cari ilin əvvəlindən bank sisteminə yönəldilən mərkəzləşdirilmiş kreditlərin həcmi 29,4 mln. manat və ya 2,2% artıb.

Qeyd edək ki, yenidənmaliyyələşdirmə həcminin artması ilk növbədə ölkənin bank sistemində likvidlik probleminin hələ də qalması və bankların öhdəliklərini yerinə yetirməsində mərkəzi bankın dəstəyinin lazım olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR