Bank Of Baku

AFFA ilə “AccessBank” arasında sponsorluq və əməkdaşlıq müqaviləsi imzalanacaq

AFFA ilə “AccessBank” arasında sponsorluq və əməkdaşlıq müqaviləsi imzalanacaq
# 08 aprel 2010 10:08 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan futboluna daha bir sponsor cəlb olunub. “APA-Economics”in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, assosiasiya ilə “AccessBank” arasındakı danışıqlar müsbət həllini tapıb.

Bank ölkəmizdə futbolun inkişafının gücləndirilməsi yönündə maddi dəstək göstərməyə razılıq verib. AFFA ilə “AccessBank” arasında sponsorluq və əməkdaşlıq müqaviləsinin bu ay imzalanması nəzərdə tutulub. Tədbirin tarixi və yeri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) AFFA-nın baş sponsoru, “Azercell” isə sponsor-partnyorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR