Bank Of Baku

Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi ötən il 2,5 dəfə azalıb

Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi ötən il 2,5 dəfə azalıb
# 08 aprel 2010 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il Azərbaycanla Vyetnam arasındakı ticarət dövriyyəsinin həcmi 12 mln. ABŞ dolları təşkil edib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes-forumunda bildirib.

N.Səfərovun sözlərinə görə, bu rəqəm həm Azərbaycanı, həm də Vyetnamı qane etməyən göstəricidir: “Bu forumda Azərbaycan sahibkarları və Vyetnam iş adamları hər iki ölkənin iqtisadiyyatı ilə bağlı yaxından tanış olublar. Ümid edirəm ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycanla Vyetnam arasındakı ticarət dövriyyəsinin həcmi artacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2009-cu ildə iki ölkə arasında ticarət dövriyəsinin həcmi 12,6 mln. dollar (saldo – 2,4 mln. dollar, Azərbaycanın xeyrinə), bu isə 2008-ci ilin (saldo – 21 mln. dollar, Azərbaycanın xeyrinə) analoji göstəricisi ilə müqayisədə 2,5 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR