Bank Of Baku

«AIG Caspian» şirkəti «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» növü üzrə 30 min manata yaxın ödəniş edib

«AIG Caspian» şirkəti «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» növü üzrə 30 min manata yaxın ödəniş edib
# 08 aprel 2010 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian» («AIG Caspian») sığorta şirkətinin 2010-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 751,993 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 3,4% artaraq 36,873 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox vəsait «Əmlakın yanğından və digəır risklərdən sığortası» (297,927 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (238,264 min manat) və «Yanğından icbari sığorta» (196,125 min manat) növləri üzrə toplanıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 39,6%, 31,7% və 26% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (29,297 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (5,600 min manat) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçiləri yerli «Caravan İnvestment» şirkəti (51%) və ABŞ-ın «AIG İnc.» şirkəti (49%) olan «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR