Bank Of Baku

«Standard&Poor’s» agentliyi «Muğan Bank»a kredit reytinqi verib

«Standard&Poor’s» agentliyi «Muğan Bank»a kredit reytinqi verib
# 08 aprel 2010 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Muğan Bank» ASC-yə kredit reytinqi verib.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, agentlik banka «CCC+» uzunmüddətli və «C» qısamüddtəli - kontragent kredit reytinqlərini müəyyən edib. Reytinq dərəcəsi «stabil» proqnozludur.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 150,429 mln. manat, depozit portfeli 58,707 mln. manat, kredit portfeli 99,976 mln. manat, məcmu kapitalı 21,861 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 27 filialı, 30 bankomatı və 69 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR