Bank Of Baku

Azərbaycanda beynəlxalq və milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar növbəti təlimlər keçiriləcək

Azərbaycanda beynəlxalq və milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar növbəti təlimlər keçiriləcək
# 09 aprel 2010 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Beynəlxalq və milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar 2010-2012-ci illərdə ali və orta ixtisas müəssisələrində mühasibat uçotu və audit üzrə tədrisin yenidən təşkilinə və tədrisin peşəkarlıq səviyyəsini təsdiq edən sertifikatlaşdırma sisteminin tətbiq edilməsinə dair Tədbirlər Planı»nın təsdiq edilməsi ilə əlaqədar ali təhsil müəssisələrində mühasibat uçotu və audit üzrə magistr təhsili alan tələbələr üçün növbəti təlimlər keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təlimlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və dıgər ali təhsil müəssisələrini təmsil edən 20-dən artıq magistrin iştirak edəcəyi planlaşdırılıb. Aprelin 19-dək davam edəcək təlimlər audit və məsləhət xidmətləri sahəsində dünyanın məşhur şirkətləri sırasında qabaqcıl yerlərdən birini tutan «PricewaterhouseCoopers» şirkəti tərəfindən aparılacaq.

Təlimlər Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsinin vəsaitləri hesabına maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR