Bakı. Vahab Rzayev –
APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin tərkibində vaxtı keçmiş kreditlərin həcmi 2010-cu ilin mart ayının 1-nə 358,4 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankından «
APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 1,6 faiz bəndi, fevralda 0,4 faiz bəndi artaraq 4,3% təşkil edib.
Qeyd edək ki, son illər ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə tədricən azalma, ötən il isə artım tendensiyası müşahidə olunub və cari ildə bu tendensiya davam edir:
* Dövrün sonuna
Eyni zamanda vurğulamaq lazımdır ki, hazırda Azərbaycanda müşahidə olunan vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin beynəlxalq normalarda qəbul olunmuş standartlara görə, hələ də aşağı səviyyədədir.