Bank Of Baku

Millət vəkili Nazim Məmmədov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişikliklər qaçılmazdır»

Millət vəkili Nazim Məmmədov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişikliklər qaçılmazdır»
# 09 aprel 2010 09:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan parlamentinin yaz sessiyası ərzində 2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi vacibdir. Bunu APA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, Azərbaycanın builki dövlət büdcəsində neftin baza qiyməti 45 ABŞ dolları səviyyəsində təsdiqlənib. Millət vəkili bunu çox konservativ siyasətə əsaslandığını və inkişaf etmiş dövlətlərdə bu göstəricinin 70-80 dollar səviyyəsində təsdiqləndiyini bildirib: «Bu gün də göründüyü kimi, artıq bir neçə aydır ki, neftin qiyməti 80 dollar ətrafında cərəyan edir. Azərbaycan neftdən kifayət qədər asılı vəziyyətdə olduğu üçün builki büdcəyə dəyişiklik edilməlidir».

N.Məmmədov əlavə edib ki, bu il 1,25 mlrd. manat həcmində gözlənilən büdcə kəsiri ilə bağlı problemi də həll etmək üçün maliyyə mənbələri bəlli olmalıdır. «Büdcəyə dəyişiklik edilən zaman isə əhalinin SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması ilə bağlı problemi də həll etmək mümkündür. Bu il dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan artıq olacağı üçün əmək haqları və təqaüdlərin artırılması da diqqətdə olacaq. Azərbaycan prezidenti İlham Əliyev də bir neçə gün əvvəl bölgələrə səfəri zamanı yaxın vaxtlarda maaş və təqaüdlərin artırılacağını bildirib. Bütün bunlar deməyə əsas verir ki, büdcəyə əlavə və dəyişiklik qaçılmazdır», - deyə millət vəkili vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR