Bank Of Baku

«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 56% artıb

«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 56% artıb
# 09 aprel 2010 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2010-cu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 262,718 min ABŞ dolları təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 55,5% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 2,8 dəfə artaraq 79,946 min dollara çatıb.

Daxilolmalarda ən çox sığorta yığımı «Əmlakın yanğından və digər risklərdən sığortası» (126,656 min dollar), «Fərdi qəza sığortası» (43,170 min dollar), «Montaj sığortası» (41,693 min dollar) və «Avtonəqliyyat vasitlərinin sığortası» (40,551 min dollar) növləri üzrə toplanıb. Qeyd olunan növlərin son bir il ərzində artım dinamikasına nəzər salsaq görərirk ki, «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə daxilolmalar 2 dəfə, «Fərdi qəza sığortası» üzrə 2,1 dəfə, «Montaj sığortası» üzrə 834 dəfə artıb. Lakin «Avtonəqliyyat vasitlərinin sığortası» növü üzrə yığımlarda son bir il ərzində 34,6%-lik azalma müşahidə olunub.

Ödənişlərə gəldikdə isə, «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə aparılan ödənişlər (51,734 min dollar) ən maksimal göstərici olub. Sonrakı yerlərdə «Əmlakın yanğından və digər risklərdən sığortası» (21,657 min dollar) və «Tibbi sığorta» (6,287 min dollar) növləri qərarlaşıb. Bu növlərin məcmu ödənişlərdə payı müvafiq olaraq 64,7%, 27% və 7,9% təşkil edib.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən 2010-cu ilin fevral ayınadək xarici kapitallı yerli hüquqi şəxs formasında «Günay Anadolu» adı ilə fəaliyyət göstərib. Belə ki, həmin müddətdə şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib və bu ilin mart ayında brendini dəyişərək «Günay Sığorta» olub. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.

Şirkət hazırda 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR