Bank Of Baku

Azərbaycan əhalisi nağd avronun satışını azaldıb

Azərbaycan əhalisi nağd avronun satışını azaldıb
# 09 aprel 2010 11:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd avronun satış həcmi 2010-cu ilin yanvar-fevral aylarında 8 042 500 avro, alış həcmi isə 168 657 500 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 27,3%, alışın həcmi isə 4% azalıb.

Beləliklə, yanvar-fevral aylarının yekunlarına görə, əhalinin nağd avronun alışı satışın həcmini 21 dəfə üstələyib. Bunun əsas səbəbi Azərbaycan əhalisi tərəfindən Avrozonadan pərakəndə idxal və Avropaya işgüzar və fərdi səfərlərlə bağlı olan xərclərin həcmlərinin yüksək səviyyədə olması ilə bağlıdır. Eyni zamanda, avronun satışı əsasən Avropadan gətirilən valyutanın manata konvertasiya edilməsi əməliyyatları hesabına formalaşır ki, bu əməliyyatların həcmi isə böyük deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR