Bank Of Baku

«Azər-Türk Bank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 23% artırıb

«Azər-Türk Bank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 23% artırıb
# 09 aprel 2010 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 43,252 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 2,8% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,9% artaraq 30,676 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 28,1% artaraq 10,987 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 22,3% azalaraq 22,612 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 22,5% genişlənərək 13,963 mln. manat olub.

Həmçinin son bir ildə bankın məcmu kapitalı 4,1% azalaraq 12,457 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 5,05% artaraq 1,975 mln. manata, xərcləri isə 43,2% artaraq 1,515 mln. manata çatıb. Nəticədə, «Azər-Türk Bank» ASC-nin mənfəəti 44% azalaraq 460 min manat olub.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 3 filialı, 5 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 105 nəfər, müştərilərinin sayı isə 18 445 min (17 787 min fiziki və 658 hüquqi) şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR