Bank Of Baku

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər martda artıb

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər martda artıb
# 09 aprel 2010 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin mart ayında 6 395 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin fevral ayı ilə müqayisədə bu göstərici 875 mln. manat və ya 15,9% artıb.

Qeyd edək ki, ödənişlərin sayında da artım müşahidə olunub. Belə ki, 2010-cu ilin fevralında 28 min ödəniş aparılmışdırsa, mart ayında bu göstərici 29 minə çatıb.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi mart ayında 462 mln. manata bərabər olub ki, bu da fevral ilə müqayisədə 67 mln. manat və ya 17% çoxdur. Ödənişlərin sayı isə martda 14,5% artaraq 886 minə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR