Bank Of Baku

Gələn həftə sığortaçıların rəhbər işçiləri üçün növbəti imtahan keçiriləcək

Gələn həftə sığortaçıların rəhbər işçiləri üçün növbəti imtahan keçiriləcək
# 10 aprel 2010 07:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 16-da Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçiləri üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sənədləri nazirliyə tam təqdim olunmuş, habelə əvvəlki imtahanlardan keçməmiş şəxslər imtahanda iştirak üçün aprelin 15-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştiraklarını təsdiq etməlidir.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR