Bank Of Baku

«AGBank» daha bir pulköçürmə sisteminə qoşulub

«AGBank» daha bir pulköçürmə sisteminə qoşulub
# 10 aprel 2010 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC «Lider» beynəlxalq təcili pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem üzrə pul köçürmələri ABŞ dolları, avro və Rusiya rublunda həyata keçirilir.

Sistem üzrə komissiya haqqı köçürülən məbləğdən asılı olaraq 0,6-1,3% təşkil edir.

Qeyd edək ki, «Lider» sistemindən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. Bu pulköçürmə sistemi MDB, İsveçrə, Portuqaliya, Türkiyə, Baltikyanı dövlətlər, ABŞ, Böyük Britaniya, İsrail və Çini əhatə edir.

Bununla da bankın qoşulduğu pulköçürmə sistemlərinin sayı («Western Union», «Bıstraya Poçta», «Contact», «Migom», «Blizko» və «İnterexpress») 7-yə çatıb.

«AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 239,551 mln. manat, depozit portfeli 116,494 mln. manat, kredit portfeli 186,558 mln. manat, məcmu kapitalı 31,802 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 366 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR