Bank Of Baku

Çinin ticarət balansında kəsir yaranıb

Çinin ticarət balansında kəsir yaranıb
# 10 aprel 2010 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Çin son 6 ildə ilk dəfə ticarət balansının kəsiri ilə üzləşib.

«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, 2010-cu ilin mart ayında ticarət balansının kəsiri 7,24 mlrd. ABŞ dolları təşkil edib. Sonuncu dəfə Çinin ticarət balansında kəsir 2004-cü ilin aprel ayında qeydə alınıb və 2,26 mlrd. dollara bərabər olub.

İqtisadçılar Çinin ticarət balansında kəsiri 390 mln. dollar səviyyəsində proqnozlaşdırırdılar. Lakin göründüyü kimi, bu göstərici proqnozdan 18,5 dəfə çox olub.

Mart ayında Çinin ixrac etdiyi malların həcmi 24,3% artaraq 112,11 mlrd. dollar, idxal isə 66% artaraq 119,35 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, bundan bir qədər öncə Çinin ticarət naziri Çen Demin ölkənin 2010-cu ilin mart ayında ticarət balansının kəsiri ilə üzləşə biləcəyini vurğulamışdır. Onun sözlərinə görə, milli valyutanın (yuan) məzənnəsinin tənzimlənməsi bu problemi aradan qaldıra bilməyəcək. Belə ki, 2005-ci ildən 2008-ci ilədək yuan Çinin xarici ticarət profisitinin artması fonunda 20% bahalaşıb. Eyni zamanda, 2009-cu ildə yuan stabil qalıb, lakin profisit 34% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR