Bank Of Baku

Bakıda «Mirkolizinq» mövzusunda seminar keçirəcək

Bakıda «Mirkolizinq» mövzusunda seminar keçirəcək
# 10 aprel 2010 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə (AMA) bu ilin aprel ayının 28-29-da Bakıda «Mirkolizinq» mövzusunda seminar keçiriləcək.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, seminar «Dəmirbank» ASC-nin Lizinq Departamentinin direktoru Valentina Strelkova və «Parabank» ASC-nin Xarici əlaqələr Departamentinin direktoru Cəlal Nağıyev tərəfindən tədris olunacaq.

Seminarda digər kredit məhsulları ilə müqayisədə lizinqin üstünlükləri, lizinqin kredit məhsulları ilə sintezi, risklərin minimallaşdırılması baxımından lizinqin üstünlükləri, xarici kapitalın lizinqə marağı və mikrolizinqin geniş imkanları mövzuları ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR