Xatırladaq ki, ABŞ-ın və ardınca bütün dünyanın əsas fond indekslərinin enməsi məhz 2008-ci ilin payızından başlayıb. Həmin müddət ərzində Dow Jones indeksinin dinamikası isə çox maraqlıdır:
Dow Jones indeksi çox aydın şəkildə son maliyyə böhranın ABŞ-da müşahidə olunmuş inkişafını əks etdirir. Belə ki, son aylar ərzində (daha dəqiq ötən ilin ikinci yarısından) ABŞ iqtisadiyyatında bərpa əlamətləri özünü göstərməyə başlayıb və hazırda iqtisadiyyatın artıq real sektoru bərpa olunmağa başlayır ki, bu da göstərilən dinamikanı tam izah edir. Eyni zamanda unutmaq lazım deyil ki, Dow Jones indeksinin dinamikası real amillərdən başqa investorların iqtisadiyyatda gedən və gözlənilən tendensiyalara yanaşmasından da asılıdır ki, bu yanaşma da artıq birmənalı müsbətə doğru istiqamətlənir.