Bank Of Baku

Bakıda «Harmonik sistemin əsas şərhetmə Qaydaları»na dair Ümumdünya Gömrük Təşkilatının regional seminarı keçirilir

Bakıda «Harmonik sistemin əsas şərhetmə Qaydaları»na dair Ümumdünya Gömrük Təşkilatının regional seminarı keçirilir
# 12 aprel 2010 08:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd edib ki, 5 gün davam edəcək seminarda 16 ölkənin nümayəndələri iştirak edir. Gömrük sahəsinin əsas prinsiplərindən danışan A.Əliyev bildirib ki, gömrük sahəsində harmonik sistemə inteqrasiya etmək üçün mövcud qanunvericilik bazası, yüksək kadr potensialı və maddi-texniki baza olmalıdır».

A.Əliyev həmçinin qeyd edib ki, 2010-cu ilin sonunadək Azərbaycanda ÜGT-nin regional ofisi açılacaq və 2011-ci ildən etibarən analoji seminarlar bu ofisdə də keçiriləcək.

Qeyd edək ki, seminarda Azərbaycan da daixl olmaqla, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Belarus, Xorvatiya, Almaniya, Gürcüstan, Monteneqro, Serbiya, Makedoniya, Bosniya və Hersoqovina, Polşa, Qazaxıstan və Özbəkistandan nümayəndə heyətləri işirak edir. Seminarda harmonik sistem haqqında konvensiya, harmonik sistemə dəstək, bu sistemlə əlaqədar komitələr, sistemin vahid şəkildə şərh və tətbiq edilməsinə dair ÜGT-nin tövsiyyələri, məcburi daxilolma öncəsi təsnifat məlumat üzrə harmonik sistemin praktiki alətləri və milli prqramlar və digər mövzularda məruzələr təqdim olunacaq. Bundan başqa, seminar iştirakçıları müvafiq gömrük idarələrində mövcud durumla (profil məsələləri) bağlı təqdimatla çıxış edəcək və mövzu ətrafında müzakirələr aparacaq.

Xatırladaq ki, Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən seminarı Yaponiya, Rusiya və Danimarkanın peşəkar gömrük mütəxəssisləri aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR