Bank Of Baku

Asiya İnkişaf Bankı kreditlərini bahalaşdırır

Asiya İnkişaf Bankı kreditlərini bahalaşdırır
# 12 aprel 2010 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) kreditlər üzrə faiz dərəcəsini artıracaq.

AİB-in məlumatına əsasən, Bank yerli valyutada yeni kreditlərin və LIBOR-a əsaslanan borclar üzrə spredə yenidən baxıb ki, bu, suveren və dövlət zəmanəti olan borcalanlara aiddir. Yeni faiz dərəcələri cari ilin iyul ayının 1-dən etibarən tətbiq olunacaq ki, spred illik 0,2%-dən 0,4%-ə artırılacaq və bunun korrektəsi 2010-2011-ci illər ərzində mərhələlərlə aparılacaq. Suveren borc üçün 2010-cu ilin iyulun 1-dən 2011-ci ilin iyunun 30-dək illik spred 0,3%, kredit üçün isə 2011-ci ilin iyulun 1-dən 0,4% təşkil edəcək.

Qeyd edək ki, AİB-in kreditləri üzrə faktiki faiz dərəcəsi LIBOR-un faiz dərəcəsindən asılı olaraq dəyişə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR