Bank Of Baku

Azərbaycanda kommersiya banklarının kapitalına qarşı tətbiq olunan minimal tələb artırıla bilər

Azərbaycanda kommersiya banklarının kapitalına qarşı tətbiq olunan minimal tələb artırıla bilər
# 12 aprel 2010 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın bir neçə ildə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya banklarının minimal məcmu kapitalı ilə bağlı tələbnamə artırıla bilər. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, hazırda AMB tərəfindən bu məsələ ətrafında müzakirələr aparılır. «Nəzəri olaraq Mərkəzi Bank tərəfindən müxtəlif ssenarilər müzakirə olunur. Bütün bunlar Mərkəzi Bankda aparılan daxili müzakirələr səviyyəsindədir, bununla bağlı qərar qəbul edilərsə, bu ictimaiyyətə açıqlanacaq», - deyə R.Orucov bildirib.

Qeyd edək ki, AMB-nin mövud tələbnamələrinə əsasən, fəaliyyətdə olan kommersiya bankları üçün məcmu kapitalına qarşı tətbiq olunan minimal tələb 10 mln. manat təşkil edir. Yeni yaradılan banklar üçün isə eyni məbləğdə tələb nizamnamə kapitalına qarşı tətbiq olunur. Hazırda Azərbaycanda 46 kommersiya bankı fəaliyyət göstərir və bu yaxınlarda daha banka («BTB Bank» ASC) universal bank lisenziyası verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR