Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı zəif filial şəbəkəsinə malik olan kiçik bankların konsolidasiyasında maraqlıdır

Azərbaycan Mərkəzi Bankı zəif filial şəbəkəsinə malik olan kiçik bankların konsolidasiyasında maraqlıdır
# 12 aprel 2010 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda geniş filial şəbəkəsinə malik olmayan kiçik bankların konsolidasiyasında Azərbaycan Mərkəzi Bankı (AMB) da maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, AMB kiçik bankların birləşməsi məsələsi ilə müddət baxımından qaşısına konkret plan qoymayıb və bu, uzunmüddətli prosesdir.

R.Orucov bildirib ki, Azərbaycanda iri layilərin maliyyələşdirilməsi üçün iri həcmdə kreditlərin ayrılmasına ehtiyac var: «Bu cür iri layihələrə xidmət etmək üçün böyük banklar lazımdır. Bu baxımdan AMB bankların konsolidasiyasında maraqlıdır. Ancaq Mərkəzi Bank administrativ olaraq heç bir qərar verməyib ki, hansısa bank birləşsin və yaxud bazardan çıxarılsın».

R.Orucov həmçinin qeyd edib ki, bəzi beynəlxlaq maliyyə institutları bankların birləşməsi prosesini dəstəkləməyə hazırdır. «Əgər banklarda konsolidasiya baş verərsə, beynəlxalq maliyyə institutlarının həmin bankların kapitalında iştirakı məsələsi, eyni zamanda həmin banklarda institutsional inkişaf proqramlarının hazırlanması, risk menecmentin həyata keçirilməsi, kifayət qədər geniş texniki yardım proqramları nəzərdə tutulur. Bütün bunların hamısı stimullaşdırıcı tədbirlərdir», - deyə R.Orucov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR