Bank Of Baku

Daha bir Azərbaycan bankı fəaliyyətində şəriət prinsiplərini tətbiq etmək niyyətindədir

Daha bir Azərbaycan bankı fəaliyyətində şəriət prinsiplərini tətbiq etmək niyyətindədir
# 06 may 2010 09:22 (UTC +04:00)
Bakı.Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bankı Standard» QSC yaxın perspektivdə islam prinsipləri əsasında bank xidmətləri göstərməyə başlamaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Anar Axundov bildirib.

A.Axundovun sözlərinə görə, hazırda bank tərəfindən şəriət qaydalarına uyğun bank xidmətlərinin göstərilməsi ilə bağlı təhlillər aparılır: «Bununla yanaşı, islam bankları ilə əməkdaşlığa başlanılıb. Bu istiqmətdə nəticələrin 2010-cu ilin sonunadək əldə olunacağını qəti söyləmək çox çətindir. Amma bu xidmətlərin tətbiqi ilə bağlı bank ciddi təhlillər aparır».

Qeyd edək ki, artıq Azərbaycanda fəaliyyət göstərən bankların bir neçəsi islam prinsiplərinə uyğun bank xidmətlərinin tətbiqinə hazırlaşır.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 589,049 mln. manat, kredit portfeli 391,649 mln. manat, depozit portfeli 211,994 mln. manat, məcmu kapitalı 74,442 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,5 mln. manat təşkil edib.
Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR