Bank Of Baku

Bakıda beynəlxalq bank konfransı keçiriləcək

Bakıda beynəlxalq bank konfransı keçiriləcək
# 06 may 2010 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 27-də Azərbaycan Banklar Assisiasiyası ilə Avropa Banklar Federasiyasının birdə təşkilatçılığı ilə Bakıda «Regionlararası bankların əməkdaşlığı: dayanıqlı maliyyə gələcəyi» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ABA-nın prezidentinin köməkçisi Yunus Abdulov bildirib.

Y.Abdulovun sözlərinə görə, konfransda assosiasiyaya üzv təşkilatlarla yanaşı beynəlxlaq maliyyə qurumlarının da iştirakı gözlənilir.

Y.Abdulov həmçinin qeyd edib ki, bu ilin may ayının 28-də Bakıda Avropa Banklar Federasiyasının assosiativ üzvlərinin yarımillik toplantısı da keçiriləcək.

Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR