Bank Of Baku

Azərbaycanda pul bazası son bir ildə 35% artıb

Azərbaycanda pul bazası son bir ildə 35% artıb
# 06 may 2010 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin may ayının 1-nə 4 956,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin mayın əvvəli ilə müqayisədə bu göstərici 1 276,5 mln. manat və ya 34,7% artıb.

Eyni zamanda, cari ilin aprel ayı ərzində pul bazasında 54,1 mln. manatlıq və ya 1,1%-lik artım baş verib. Xatırladaq ki, martda bu göstərici 243,9 mln. manat və ya 5,2%, fevralda 99 mln. manat və ya 2,2% artıb, yanvarda isə 301,9 mln. manatlıq və ya 6,2%-lik azalma müşahidə olunub. Nəticədə, mayın 1-nə olan göstərici ilin əvvəlinə nisbətən 95,1 mln. manat və ya 2% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR