Bank Of Baku

“Azərpoçt” yaxın iki il ərzində rəqabətli maliyyə müəssisəsinə çevriləcək

“Azərpoçt” yaxın iki il ərzində rəqabətli maliyyə müəssisəsinə çevriləcək
# 06 may 2010 15:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC yaxın iki ildə ölkənin bank sistemində rəqabətli müəssisə kimi fəaliyyət göstərəcək.

APA-Economics”in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu ilin sonuna kimi “Azərpoçt” tam bank sistemi kimi fəaliyyət göstərməyə başlayacaq.

Yerli ekspertlərin rəyinə görə, “Azərpoçt” yaxın 3 ildə bank və maliyyə xidmətləri bazarının 20-25% payını əldə etməyi nəzərdə tutur. İlkin məlumata əsasən, “Azərpoçt”un göstərdiyi bank və maliyyə xidmətlərinin qiymətləri Azərbaycan bazarında mövcud olan qiymətlərdən aşağı olacaq. Proqnozlara əsasən, yaxın gələcəkdə “Azərpoçt”un gəlirlərinin 60%-i məhz bank xidmətlərinin payına düşəcək.

”Azərpoçt”un 2009-2011-ci illəri əhatə edən fəaliyyət strategiyasının əsas istiqamətləri yeni maliyyə-bank xidmətlərinin tətbiqi və ümumiyyətlə, müəssisənin rentabelliyinin artırılmasından ibarətdir. RİTN mütəxəssislərinin sözlərinə görə, müəssisə artıq bu ildən mənfəətlə işləməyə başlayacaq, 2011-ci ildən isə illik mənfəətin 20%-dək artımı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR