Bank Of Baku

Dünya Bankının missiyası Azərbaycana səfər edəcək

Dünya Bankının missiyası Azərbaycana səfər edəcək
# 06 may 2010 18:48 (UTC +04:00)
Bakı-APA. Mayın 10-dan 18-dək Dünya Bankının (DB) Maliyyə Sektoru üzrə baş mütəxəssisi Maykl Edvardsın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə Əlaqələr Sektorundan APA-yı verilən məlumata görə, səfər zamanı Dünya Bankının missiyası Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üzrə əməkdaşlıq məsələlərinin, o cümlədən QKDK və DB tərəfindən birgə hazırlanan «Kapital Bazarlarının Modernləşdirilməsi» layihəsi üzrə ətraflı müzakirələrin aparılması planlaşdırılır. Layihədə qiymətli kağızlar bazarının təşkilati və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazanın inkişafı istiqamətlərində aparılan islahatların həyata keçirilməsində QKDK-yə texniki yardımın göstərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən “FIRST Initiative” proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının hazırlanmasına texniki dəstək göstərilməsi barədə razılıq əldə olunub.

Cari ilin aprel – iyul aylarında həyata keçiriləcək bu layihə çərçivəsində QKDK və beynəlxalq ekspertlər tərəfindən 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq. «Kapital Bazarlarının Modernləşdirilməsi» layihəsi bu strategiyanın reallaşdırılması üçün genişmiqyaslı texniki yardımın göstərilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR