Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi CIPA üzrə tədris kurslarına başlayıb

Azərbaycan Bank Tədris Mərkəzi CIPA üzrə tədris kurslarına başlayıb
# 07 may 2010 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) «Beynəlxalq Diplomlu Peşəkar Mühasib» (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomu üzrə tədris kurslarına başlayıb.

ABTM-dən «APA-Economics»ə veilən məlumata görə, kurslar maliyyə uçotu, idarəetmə uçotu, vergi və hüquq mövzuları üzrə keçirilir.

Qeyd edək ki, maliyyə və idarəetmə uçotu mövzuları üzrə kursda iştirak haqqı imtahan pulu da daxil olmaqla 800 manat, vergi və hüquq mövzusu üzrə isə 700 manat təşkil edir (ƏDV-siz). Eyni şəxs CAP proqramı üzrə ikinci və ya üçüncü dəfə kurslarda iştirak edirsə, onda həmin şəxsə iştirak etdiyi kursun qiymətində 25% güzəşt nəzərdə tutulur. Kurslar rus dilində tədris olunacaq.

Qeyd edək ki, imtahan CIPA-EN tərəfindən cari ilin iyul ayının 2-4-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR