Bank Of Baku

Azərbaycan əhalisi nağd avronun alışını artırıb

Azərbaycan əhalisi nağd avronun alışını artırıb
# 07 may 2010 08:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-mart ayları ərzində satılmış nağd avronun həcmi 11 646 700 avro, alışın həcmi isə 250 972 600 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 18,2% azalıb, alış həcmi isə 5,6% artıb.

Beləliklə, yanvar-mart aylarının yekunlarına görə, əhali tərəfindən nağd avronun alışı satışın həcmini 21,5 dəfə üstələyib. Bu nisbət Azərbaycanda artıq ənənəvi xarakter alıb ki, bunun əsas səbəbləri də dəyişməz qalır. Səbəb kimi Azərbaycan əhalisi tərəfindən Avrozonadan pərakəndə idxal və Avropaya işgüzar və fərdi səfərlərlə bağlı olan xərclərin həcmlərinin yüksək səviyyədə olmasını qeyd etmək mümkündür. Eyni zamanda, avronun satışı əsasən Avropadan gətirilən valyutanın manata konvertasiyası üzrə əməliyyatlardan formalaşır ki, bu əməliyyatların həcminin də böyük olmaması təbiidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR