Bank Of Baku

Avrozona ölkələrində iqtisadiyyata nəzarətin gücləndirilməsi təklif olunur

Avrozona ölkələrində iqtisadiyyata nəzarətin gücləndirilməsi təklif olunur
# 07 may 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya və Fransa hökuməti Yunanıstandakı hadisələri regionun digər ölkələrində təkrar olunmasının qarşısını almaq məqsədilə Avropa İttifaqı (Aİ) regionunun iqtisadiyyatına nəzarəti gücləndirməyi məsləhət görür.

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün başlanacaq Aİ-nin sammiti ərəfəsində Fransa mətbuatında nəşr olunan hər iki dövlət başçısının birgə müraciətində bildirilir. Belə ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikolya Sarkozi avrozonada stabilliyi, dayanaqlığı və birliyi möhkəmlədmək niyyətində olduqlarını bəyan ediblər.

Qeyd edək ki, bu gün başlanacaq Aİ-nin sammitində əsasən İttifaq ölkələrində büdcə kəsirlərinə nəzarətiin artırılması məsələsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR