Bank Of Baku

Yunanıstan parlamenti Beynəlxalq Valyuta Fondunun tələblərini qəbul edib

Yunanıstan parlamenti Beynəlxalq Valyuta Fondunun tələblərini qəbul edib
# 07 may 2010 09:25 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan parlamenti ölkənin maliyyə böhranından çıxarılması üçün büdcə xərclərinin ixtisarı tədbirlərini qəbul edib.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, iclasda iştirak edən 296 deputatdan 172-si qərarın lehinə, 121-i əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Yunanıstanın baş naziri Georgios Papandreu bitərəf qalan deputatları Ümumyunan Sosialist Hərəkatının (PASOK-un) fraksiyasından xaric edib. Eyni addımı müxalifət lideri Antonis Samaras da atıb. O, sabiq xarici işlər naziri Dora Bakoyannini sənədi dəstəklədiyinə görə sağ mərkəzçi “Yeni demokratiya” partiyasının fraksiyasından xaric edib.

Qeyd edək ki, mayın 2-də Avropa İttifaqına (Aİ) üzv olan 16 ölkənin maliyyə nazirləri Yunanıstana 110 mlrd. avro kredit ayrılması haqda razılığa gəlib. 3 il müddətinə verilən kredit iki hissəyə bölünəcək – Yunanıstan 80 mlrd. avronu Aİ-dən, 30 mlrd. avronu isə Beynəlxalq Valyuta Fondundan (BVF) alacaq.

Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-i 13,6% üstələyib. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. BVF göstərəcəyi yardımın müqabilində Yunanıstandan ƏDV-ni yenidən qaldırmağı, dövlət qulluqçularına verilən bonusları ixtisar etməyi və onların maaşlarını 3 il müddətinə dondurmağı, müavinətlərin 5% ixtisar olunmasını və pensiya təminatı sistemində islahatlar aparılmasını, bununla da 2011-ci ilin sonuna kimi büdcə kəsirini 10 faiz bəndi azaltmağı tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR