Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «Yunanıstandakı böhran maliyyə ehtiyatlarımıza mənfi təsir göstərməyəcək»

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «Yunanıstandakı böhran maliyyə ehtiyatlarımıza mənfi təsir göstərməyəcək»
# 07 may 2010 09:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, dünyada daimi olaraq valyuta məzənnələrində dəyişiklik baş verir. Bunun xüsusilə avro və dollar məzənnəsinə aid olduğunu deyən E.Rüstəmov hesab edir ki, hazırda bu iki valyutanın qarşılıqlı məzənnəsi üzrə müşahidə olunan dəyişkənlik Azərbaycan üçün ciddi narahatlıq yaratmır. «Biz qısa tarixi bir dövrdə, avro dövriyyəyə buraxılandan sonra həm Avropa valyutasının dəyərdən düşməsinin – 0,89 USD/EUR-dək ucuzlaşmasının da, sonra isə 1,60 USD/EUR-dək yüksəlməsinin də şahidi olmuşuq. Bizim valyuta ehtiyatlarımız çox yaxşı diversifikasiya olunub. Həm valyuta, həm coğrafi struktur baxımından. Böhranın ən kəskin dövründə belə biz böhranı görmədik, itkiyə yol vermədik», - deyə AMB başçısı vurğulayıb.

E.Rüstəmov onu da bildirib ki, Azərbaycanda bankların aktivləri artıb: «Bu, onu göstərir ki, həm makroiqtisadi, həm maliyyə sabitliyi baxımından qoyulmuş siyasi çərçivə doğrudur. Biz vəziyyəti bir daha müzakirə etdik, bank sektorunun inkişafı, maliyyə sektorunun vəziyyətinin inkişafının stress-testləşdirilməsi aparılıb. Stress-teslər göstərir ki, Azərbaycan iqtisadiyyatı da, bank sektoru da fundamental dayaqlara əsaslanır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR