Bank Of Baku

Azərbaycanda rəsmi qızıl ehtiyatları yaradıla bilər

Azərbaycanda rəsmi qızıl ehtiyatları yaradıla bilər
# 07 may 2010 09:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Gədəbəy rayonunda çıxarılan qızılın ehtiyat kimi saxlanılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib: «Hökumətin və Mərkəzi Bankın fikri odur ki, müəyyən qızıl ehtiyatları yaradaq».

E.Rüstəmov bildirib ki, bu addımın atılması Azərbaycanın maliyyə ehtiyatlarının diversifikasiyası baxımından maraqlıdır: «Bütövlükdə hökumət və biz elə düşünürük ki, Azərbaycanın istehsal etdiyi qızılı ehtiyat kimi saxlayaq. Qızıl da valyutadır, sərbəst dönərlidir, daim alına və satıla bilər. Sadəcə, bu məsələyə dövlət olaraq gələcəkdə effektivlilik baxımından da yanaşmalıyıq».

Qeyd edək ki, son zamanlar qızılın qiyməti dünya bazarlarında kəskin artır. Məsələn, cari ilin əvvəlindən bu günə kimi qızıl 6,3%, ötən ilin əvvəlindən isə təxminən 40% bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2010-cu ilin may ayının 1-nə 5,5 mlrd. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR