Bank Of Baku

«AzSığorta» nizamnamə kapitalını artırır

«AzSığorta» nizamnamə kapitalını artırır
# 07 may 2010 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 46 436,83 manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 4 643 683 manat təşkil edir. Emissiya «AzSığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 40 min manat olan 100 ədəd – ümumilikdə 4 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 16,1% artaraq 4 643 683 manata çatacaq.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR