Azərbaycan Mərkəzi Bankı növbəti rüblük «Pul siyasəti icmalı»nı açıqlayıb
Belə ki, ötən ilin müvafiq dövründən fərqli olaraq, 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi məhsulların dünya qiymətləri yüksəlməyə meyl göstərib, yerli bankların beynəlxalq pul bazarlarına çıxış imkanları nisbətən yaxşılaşıb. Ölkə daxilindəki iqtisadi artım xarici mühitin yaxşılaşmasından əlavə 2009-cu ildə həyata keçirilmiş böhrana qarşı tədbirlərdən də qaynaqlanıb. İcmalda deyilir ki, Mərkəzi Bank 2010-cu il üçün bəyan etdiyi pul siyasətinin başlıca istiqamətlərinə uyğun olaraq hesabat dövründə inflyasiyanın aşağı səviyyədə saxlanılmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsinə və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəldilmiş siyasət həyata keçirib. Qlobal və daxili makroiqtisadi mühitin yaxşılaşmasına baxmayaraq, AMB potensial risklərin qabaqlayıcı rejimdə neytrallaşdırılmasını daim diqqət mərkəzində saxlayıb.
İcmala əsasən, 2009-cu ildə Azərbaycanda hökumət və Mərkəzi Bank tərəfindən məcmu tələbin dəstəklənməsi istiqamətində görülmüş işlər cari ilin I rübündə iqtisadi artımın davam etməsinə şərait yaradıb. Beynəlxalq konyunkturun yaxşılaşması və xarici maliyyələşmə mənbələrinin bərpası da dövr ərzində daxili iqtisadi artıma əlavə təkan verib. Qlobal iqtisadiyyatda bərpa meyllərinin güclənməsi şəraitində cari ilin ötən dövründə ölkənin xarici mövqeyinin yaxşılaşması müşahidə olunub. Nəticədə, 2010-cu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3,9 mlrd. dollar təşkil edib ki, bunun da 3,2 mlrd. dolları ixracın, 0,7 mlrd. dolları isə idxalın payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın 2,2 dəfə artması, idxalın isə 24% azalması ilə xarici ticarət balansının profisiti 4,4 dəfə artıb. Hazırda ixracın və idxalın ÜDM-də payı müvafiq olaraq 42% və 9% təşkil edir. Beləliklə, dövr ərzində xarici ticarət balansında 2,5 mlrd. dollar həcmində profisit yaranıb.
Cari ilin I rübündə məcmu tələbin bütün komponentləri, o cümlədən son istehlak xərcləri, investisiyalar və xarici tələb iqtisadi artıma müsbət təsir göstərib. Belə ki, 2010-cu ilin I rübündə son istehlak xərcləri iqtisadi artımın başlıca faktorlarından olub. Ev təsərrüfatlarının istehlakına gələrək, 2010-cu ilin I rübündə əhalinin nominal pul gəlirləri 6,5% artıb və bunun 74,1%-i son istehlaka yönəlib. Əhalinin son istehlak xərcləri real ifadədə 6%-dən çox artaraq 3,7 mlrd. manat və ya ÜDM-in 40%-ni təşkil edib. Ölkə üzrə orta aylıq əmək haqqının 4,1% artaraq 304 manat təşkil etməsi də son istehlakın ÜDM-in strukturunda yüksək payının qorunub saxlanılmasına töhfə verib. Mərkəzi Bankın hesablamalarına görə, bunun nəticəsində həm pərakəndə əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilən pullu xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 10,6% artıb.
Hökümətin istehlak xərcləri sahəsində başlıca olaraq dövlət büdcəsindən mal və xidmətlərə çəkilən məsrəflər hesabına formalaşıb və dövr ərzində büdcə xərclərinin 38,8%-ni əmək haqqı, pensiya və müavinət ödənişləri təşkil edib ki, bu da ötən ilki səviyyədən 10,6 faiz bəndi çoxdur.
Cari ilin I rübündə iqtisadiyyatın kapitallaşma səviyyəsinin artması davam edib. Belə ki, iqtisadiyyata investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artıb. Əsas kapitala yönəldilən investisiyaların 64,5%-i qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru sahələri arasında kənd təsərrüfatı, kimya, ticarət və səhiyyə sahələrinə investisiyalar xüsusilə yüksək templə artıb. Qeyri-neft sektorunda sərmayə qoyuluşlarının təşviq edilməsində dövlət investisiyaları ilə yanaşı bank kreditlərinin də mühüm rolu olub. Belə ki, investisiya məqsədlərinə yönəldilən bank kreditləri 24,6% artıb.
Bütün bu makroiqtisadi əsaslar I rübdə Mərkəzi Bank 2010-cu il üzrə pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyinin qorunması, bank-maliyyə sektorunda sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın pula olan tələbatının ödənilməsi kimi hədəflərin reallaşmasına yönəltməsi və qarşıda qoyulan vəzifələrə nail olmasına imkan yaradıb. Belə ki, inflyasiya səviyyəsi hədəf çərçivəsində olub, manatın məzənnəsi sabit qalıb, maliyyə sektorunda sabitlik qorunub, pul kütləsi iqtisadi artıma adekvat dəyişib.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabulda günəş elektrik stansiyasının tikintisi üçün 321 ha torpaq sahəsi ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Polşanın Cənubi Qafqaz siyasəti: Strateji tərəfdaşlıqdan anti-Azərbaycan xəttinə doğru - TƏHLİL
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
Azərbaycanda hissedilən zəlzələ baş verib, dağıntı olmayıb - YENİLƏNİB-2
Bakı Limanında quru yük aşırılması 77% artıb
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Brüsseldə eqoların savaşı: Ursula Fon der Lyayen-Kaja Kallas qarşıdurması dərinləşir - TƏHLİL
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir
Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair sessiya keçirilib - FOTO
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Seyran Ohanyan məhkəməyə məcburi gətiriləcək
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
"Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmə başlayıb
Masallıda 69 yaşlı qadın qətlə yetirilib
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
“City Garden Narimanov”da hazır və tikintisi davam edən mənzillər satışda!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub - FOTO
Deputat: Şuşada bərpa işləri mədəni irsimizin qorunmasına xidmət edən strateji missiyadır
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
"Abşeron Gənclər şəhərciyi"ndə yanğın olub
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək
İslam İnkişaf Bankının dəstəyi ilə azad olunmuş ərazilərdə magistral kanalın tikintisinə başlanır
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir
Deputat: Ermənistanda Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk
Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansına tam inteqrasiya olunur
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Portuqaliyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq