Bank Of Baku

«DəmirBank» Rusiya rublu ilə pulköçürmələri əməliyyatlarını bərpa edib

«DəmirBank» Rusiya rublu ilə pulköçürmələri əməliyyatlarını bərpa edib
# 07 may 2010 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC əhaliyə göstərilən təcili pulköçürmə xidmətləri üzrə Rusiya rublu ilə əməliyyatların həyata keçirilməsini bərpa edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank 200-dək ölkəni əhatə edən beynəlxalq pul köçürmələri xidmətləri təklif edir. Bank «Western Union», «Contact», «Bıstraya Poçta», «Migom», «Zolotaya Korona» və «Coinstar» sistemləri ilə beynəlxalq və «Şimşək» sistemi üzrə ölkədaxili pul köçürmələri həyata keçirir. Bank yaxın vaxtlarda həmçinin «PrivatMoney», «Allure», «Blizko» və digər pulköçürmə sistemləri üzrə xidmətlərə başlayacaq.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, Rusiya rublu ilə köçürmələrin bərpası bu valyuta ilə köçürmə edən müştərilərin banka cəlb edilməsi məqsədi daşıyır.

Ölkənin ilk banklarından olan «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR