Bank Of Baku

«Parabank» ölkədə mikromaliyyələşməni genişləndirmək məqsədi ilə yeni şöbəsini yaradıb

«Parabank» ölkədə mikromaliyyələşməni genişləndirmək məqsədi ilə yeni şöbəsini yaradıb
# 07 may 2010 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Parabank» ASC ölkədə kiçik sahibkarlıq sektorunun inkişafına dəstək məqsədilə yeni mikromaliyyə şöbəsi yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mikromaliyyə şöbəsi mikromaliyyə məhsullarının satışını stimullaşdırmaq məqsədilə yaradılıb.

«Parabank»ın mikromaliyyə şöbəsinin təqdim etdiyi şərtlərə görə, mikrokreditlər iki hissəyə ayrılır ki, bunlar da təminatlı və qrup şəklində rəsmiləşən kreditlərdir. Layihənin genişlənməsi sahəsində daha çox inkişaf olunan kredit növləri təhsil, səhiyyə və bütün dövlət və özəl müəssisələrin işçilərinə istehlak xüsusiyyətlərini daşıyan və kənd təsərrüfatı sahiblərinə qrup şəklində rəsmiləşən kreditlərdir. Bu növ kreditlər 10 ilə yaxındır ki, Beyləqan filialında müştərilər tərəfindən istifadə olunur.

Qeyd edək ki, mikromaliyyə sahəsində bankın əsas məqsədi kiçik müəssisələrin əmtəə və xidmətlərinin istehsalının stimullaşdırılması üçün effektiv və yüksək dinamik kredit sistemi təşkil etməkdir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 94,993 mln. manat, depozit portfeli 58,154 mln. manat, kredit portfeli 64,721 mln. manat, məcmu kapitalı 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub. Hazırda bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR