Bank Of Baku

Dövlət Statistika Komitəsi: Apreldə Azərbaycanda istehlak mallarının qiymətləri sabit qalıb

Dövlət Statistika Komitəsi: Apreldə Azərbaycanda istehlak mallarının qiymətləri sabit qalıb
# 07 may 2010 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalıb, ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq malları 0,3% ucuzlaşıb, xidmət tarifləri isə dəyişməyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzaq məhsullarından mal, qoyun və toyuq əti, yumurta, qatıq, təzə və dondurulmuş balıq, portağal, banan, armud, pomidor, xiyar, badımcan, sarımsaq, soğan, göyərtinin qiyməti ucuzlaşıb, düyü, buğda unu, makaron və vermişel, kolbasa məmulatları, pasterizə və sterizə olunmuş üzlü süd, xama, bərk və əridilmiş pendir, kərə yağı, süfrə marqarini, şəkər və şəkər tozu, limon, alma, qoz, fındıq, şabalıd, kələm, kartofun qiyməti isə bahalaşıb.

Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşıb, yay geyimlərinin qiymətləri isə bahalaşıb. İnşaat mallarından parket üçün lak, pəncərə şüşəsi, kəsilmiş taxta, ağac lifli lövhələrin qiymətləri bahalaşıb, yağlı və sulu boya, ağac yonqar lövhələri, laminat parket, kərpic, sement, metal kirəmit, qumun qiyməti isə ucuzlaşıb. İnşaat malları ilə yanaşı məişət avadanlıqlarından soyuducu, paltaryuyan maşınların qiymətlərində də ucuzlaşma müşahidə olunub.

Qeyd edək ki, bu ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayına nisbətən 1,3% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR