Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının likvidlik əməliyyatları üzrə müsbət saldo azalıb

Azərbaycan Mərkəzi Bankının likvidlik əməliyyatları üzrə müsbət saldo azalıb
# 07 may 2010 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Pul siyasəti qarşısında qoyulan məqsədlərə nail olmaq üçün 2010-cu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri dəyişdirilməyib, uçot dərəcəsi 2%, dəhlizin aşağı həddi 1%, yuxarı həddi isə 7% səviyyəsində saxlanılıb. «APA-Economics»in xəbər verdiyi kimi, Mərkəzi Bank tərəfindən hazırlanmış «Pul siyasəti icmalı»nda deyilir ki, rüb ərzində məcburi ehtiyat normaları da dəyişdirilməyərək 0,5% səviyyəsində qalıb.

Məcburi ehtiyat normalarının ortalama müddəti dövr ərzində həm manat, həm də xarici valyutada depozitlər üzrə 1 ay olub.

Cari ilin I rübündə Mərkəzi Bank tərəfindən aparılmış likvidlik əməliyyatları üzrə saldo ilin əvvəlindəki 1 454 mln. manatdan rübünün sonuna 1 422,1 mln. manata düşüb:

(mln. AZN)

 

01.01.2010

01.04.2010

Likvidliyin verilməsi alətləri

1 483,5

1 457,6

Likvidliyin cəlb edilməsi alətləri

29,5

35,5

Likvidlik saldosu

1 454

1 422,1



Qeyd edək ki, likvidliyin verilməsi alətləri sırasında ilk növbədə AMB tərəfindən banklara verilən kreditlərdir, likvidliyin cəlb edilməsi alətləri sırasında isə notlar, repo-əməliyyatları, milli və xarici valyutada məcburi ehtiyat normalarıdır.

Əməliyyatlar üzrə müsbət saldonun azalması onunla izah olunur ki, dövr ərzində bank sisteminin digər resurs mənbələri bərpa olunduğundan Mərkəzi Bankın likvidlik dəstəyinə ehtiyac azalıb. Cari ilin I rübü ərzində notların yerləşdirilməsi üzrə Mərkəzi Bank tərəfindən 12 hərrac keçirilib. Emissiyanın ümumi həcmi 60 mln. manat, yerləşdirilmiş notların həcmi isə 45,6 mln. manat (emissiya həcminin 76%-i) təşkil edib.

Mərkəzi Bankın qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik hesabat rübü ərzində sabit qalaraq illik 1% təşkil edib. Rübün sonuna AMB-nin dövriyyədə olan notlarının həcmi 12 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 50% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR