Bank Of Baku

Almaniya kansleri öz maaşını 334 avro artırıb

Almaniya kansleri öz maaşını 334 avro artırıb
# 07 may 2010 13:28 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya hökuməti 2010-2011-ci illərdə kanslerin, nazirlərin və dövlət katiblərinin maaşlarının artırılması haqda qanun layihəsini qəbul edib.

APA-Economics”in məlumatına görə, Almaniya kansleri Angela Merkelin aylıq məvacibi Bundestaq deputatı kimi aldığı maaş nəzərə alınmazsa, 15 832,79 avro təşkil edir. 2011-ci ilin avqust ayından Merkelin aylıq əmək haqqı 334,49 avro yüksələcək.

Hazırda 12 860,29 avro maaş alan nazirlərin aylıq məvacibi 13 131,98 avroya çatdırılacaq. Bu dəyişikliklər geriyə tarixlə 2010-cu ilin yanvarından qüvvəyə minəcək. ümumilikdə isə nazirlərin maaşı 2,3% artaraq 2011-ci ilin sonunda 13 156 avro təşkil edəcək.

Qeyd edək ki, Almaniya Vergi Ödəyiciləri İttifaqı bəyanatla çıxış edərək, hökumətin bu qərarını sərt şəkildə tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR