Bank Of Baku

“VTB-Azerbaijan” bir sıra iri layihələrin maliyyələşdirilməsinə dair danışıqlar aparır

“VTB-Azerbaijan” bir sıra iri layihələrin maliyyələşdirilməsinə dair danışıqlar aparır
# 07 may 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “VTB-Azerbaijan” bankı Azərbaycanın bir sıra iri şirkətləri ilə layihələrin maliyyələşdirilməsi üçün danışıqlar aparır.

APA-Economics”in məlumatına görə, bankın İdarə Heyətinin sədri Oleq Krasnojon bildirib ki, layihələr əsasən kimya, tikinti və nəqliyyat kimi sahələri əhatə edir.

Onun sözlərinə görə, bir neçə şirkətlə danışıqlar başa çatmaq üzrədir, digərləri ilə danışıqlar isə davam etdirilir.

O.Krasnojon həmçinin qeyd edib ki, hazırda bankın korporativ layihələr üzrə kredit portfeli 9 mln. manat, nizamnamə kapitalı isə 24 mln. manat təşkil edir: “İlin sonunadək nizamnamə kapitalı 44 mln. manata çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR