Bank Of Baku

Azərbaycanda üç sığorta şirkətinin fəaliyyəti dayandırılıb

Azərbaycanda üç sığorta şirkətinin fəaliyyəti dayandırılıb
# 08 may 2010 07:42 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sığorta qanunvericiliyi ilə müəyyən olunmuş sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməmələri ilə əlaqədar, «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə müvafiq olaraq «Günay Sığorta» ASC, «Azal Sığorta» ASC və «Əmrah Sığorta» ASC-yə sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsi Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə bu ilin may ayının 7-dən dayandırılıb.

Nazirlikdən bildirilib ki, həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Əks halda bu normativlərə əməl etməyən şirkətlərin lisenziyaları ləğv ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR