Bank Of Baku

Bu il Azərbaycanda orta aylıq pensiyanın 12% artacağı gözlənilir

Bu il Azərbaycanda orta aylıq pensiyanın 12% artacağı gözlənilir
# 08 may 2010 11:58 (UTC +04:00)
Bakı.Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda orta aylıq pensiyanın məbləğinin 12% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, keçən il ölkədə orta aylıq pensiyanın həcmi 100,4 manat olub, bu ilin sonunadək isə bu göstəricinin 112,5 manata çatacağı gözlənilir.

DSMF-nin sədri həmçinin bildirib ki, hazırda ölkədə yeni təyin olunan orta aylıq pensiyalar keçin ilin müvafiq dövrünə nisbətən 25 manat artıb. Yəni, əgər bundan öncə yeni təyinatlı orta aylıq pensiya 100 manat təşkil edirdisə, hazırda bu məbləğ 125 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR