Bank Of Baku

Avrozona dövlətləri antiböhran fondu yaradır

Avrozona dövlətləri antiböhran fondu yaradır
# 08 may 2010 12:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 7-dən 8-nə keçən gücə keçirilmiş fövqəladə iclasda Avrozonaya daxil olan 16 dövlətin başçıları dövlət borclarının artmasının nəticələrini yumşaltmaq məqsədi ilə antiböhran fondunun yaradılmasına dair qərar qəbul ediblər. «APA-Economics»in məlumatına görə, fondun yaradılması ilə bağlı konkret mexanizmlər artıq mayın 10-dək hazırlanacaq.

Qeyd edək ki, fondun maliyyə mənbələri hələ məlum deyil. Mənbələrin biri kimi Avropa Komissiyası tərəfindən hələlik məlum olmayan kreditorlardan vəsait cəlb etməsi aləti ola bilər. Digər variant kimi Avropa Mərkəzi Bankı tərəfindən Avrozonaya daxil olan ölkələrin suveren istiqrazlarının alınması variantı səsləndirilir. Bəzi məlumatlara görə, fondun həcmi 70 mlrd. avro təşkil edə bilər.

Xatırladaq ki, Avropa İttifaqına daxil olan ölkələrdə çətinliklər Yunanıstanda borc böhranının kəskinləşməsi ilə əlaqəlidir ki, bu ölkədə dövlət borcunun həcmi artıq ÜDM-i üstələyib, büdcə kəsiri isə ÜDM-in 12%-nə çatıb. Yunanıstanda defolta yol verilməməsi üçün Avropanın aparıcı ölkələri Beynəlxalq Valyuta Fondu ilə birlikdə ölkəyə 110 mlrd. avro həcmində kredit ayıracaq. Nəticədə, Avropa İttifaqı ölkələrinin öz dövlət borcları artıb - 16 ölkədən 13-də büdcə kəsiriin nəzərdə tutulmuş maksimal həddi aşması təhlükəsi ilə üzləşib. Bundan başqa, Yunanıstana kreditin verilməsi barədə məlumatlar Avropada fond indekslərinin enməsinə və dövlət istiqrazları üzrə faiz dərəcələrinin yüksəlməsinə səbəb olub ki, bu da dövlət borclarının həcmini artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR