Bank Of Baku

Azərbaycanda bankomatların sayı 9% artıb

Azərbaycanda bankomatların sayı 9% artıb
# 08 may 2010 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2010-cu ilin aprel ayının 1-nə 1 715 vahid təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 139 bankomat və ya 8,8% çoxdur.

Eyni zamanda, cari ilin əvvəli ilə müqayisədə bankomatların sayı 21 bankomat və ya 1,2% artıb.

Aprelin 1-nə fəaliyyət göstərən bankomatların 967-i və ya 56,4%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR