Bank Of Baku

Avropa Birliyinin anti-böhran fondunun həcmi açıqlanıb

Avropa Birliyinin anti-böhran fondunun həcmi açıqlanıb
# 10 may 2010 08:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Avropa Birliyi (AB) ölkələrinin yaradılması üçün razılığa gəldikləri anti-böhran fondunun həcmi 600 mlrd. avro ola bilər.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, diplomatik dairələrdən bildiriliub ki, hazırda fondun hansı mənbələrdən maliyyələşəcəyi dəqiq məlum deyil.

Fondun formalaşmasında ikitərəfli istiqrazlar və müxtəlif formada kreditlərdən, həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) vəsaitlərindən də istifadə ediləcəyi gözlənilir. Söhbət 500 mlrd. avro vəsaitdən gedir.

Qeyd edək ki, AB ölkələrinin maliyyə nazirlərinin iştirakı ilə anti-böhran fondunun yaradılması ilə bağlı keçirilən danışıqlar mayın 9-da olub. Nazirlərin fondun həcmini Asiya bazarları açılanadək, yəni mayın 10-dək müəyyənləşdirməyə çalışması nəticəsində danışıqlar gecə saatlarına kimi davam edib.

Bu gün artıq Avropa valyutasının güclənməsi müşahidə olunur. Belə ki, Tokio birjasının açılışında avronun kursu 1, 2884 dollar təşkil edib, halbuki mayın 7-də Nyu-York birjası bağlandığı vaxt avronun qiyməti 1,2755 dollar olub. Agentliklərin rəyinə görə, avronun güclənməsi ilk növbədə BVF-nin Yunanıstana 30 milyard avro kredit ayrılmasını təsdiqləməsi ilə bağlıdır.

AB anti-böhran fondunu yaratmaqla dövlət borcunun artmasının öhdəsindən müstəqil şəkildə gələ bilməyən Avropa ölkələrini dəstəkləmək niyyətindədir. Bu tədbirlərin əsas məqsədi Avropanın ümumi valyutasının enməsinə əngəl olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR