Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 17% artıb

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 17% artıb
# 11 may 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 6 083,435 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in AMB-nin «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bu göstərici martın əvvəli ilə müqayisədə 2,9% artıb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi 17,3% artıb.

Beynəlxalq ehtiyatların tərkibində 5 368,179 mln. dolları xarici valyutada rəsmi ehtiyat aktivləri, 715,256 mln. dolları isə xarici valyutada olan digər aktivlərin payına düşüb.

Rəsmi ehtiyat aktivlərinin strukturunda 5 136,167 mln. dolları və ya 95,7%-i xarici valyutada ehtiyat aktivləri, 0,194 mln. dolları Beynəlxalq Valyuta Fondu (BVF) üzrə ehtiyat mövqe, 231,817 mln. dolları və ya 4,3%-i Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatlar təşkil edib.

Qeyd edək ki, xarici valyutada ehtiyat aktivlərinin 3 952,705 mln. dolları və ya 77%-i digər mərkəzi banklarda və BVF-da yerləşdirilmiş vəsaitlər, 866,123 mln. dolları və ya 16,9%-i qiymətli kağızlar, 317,340 mln. dolları və ya 6,1%-i baş idarəsi xaricdə olan hesabat verən banklarda yerləşdirilmiş vəsaitlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR