Bank Of Baku

«Atəşgah» sığorta şirkəti yeni nümayəndəlik açıb

«Atəşgah» sığorta şirkəti yeni nümayəndəlik açıb
# 11 may 2010 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkətinin Bakıda daha bir nümayəndəliyi istifadəyə verilib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Emil Quliyevin «APA-Economics»ə vediyi məlumata görə, yeni ofis Bakı şəhəri, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov küçəsi,31 ünvanında yerləşir: «Bu ofis həm könülü, həm də icbari sığorta növləri üzrə satış həyata keçirəcək. Şirkətin inkişafı strategiyasına uyğun olaraq, yeni ofisin açılışı pərakəndə satışın inkişaf etdirilməsi istiqamətində atılan bir addımdır».

Qeyd edək ki, hazırda «Atəşgah» sığorta şirkətinin 8 ofisi fəaliyyət göstərir.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR