Bank Of Baku

«Günaybank» depozit portfeli son bir ildə 23% artıb

«Günaybank» depozit portfeli son bir ildə 23% artıb
# 12 may 2010 07:01 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 33,083 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 15,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 23,2% artaraq 9,245 mln. manata, kredit portfeli 12% artaraq 28,534 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 12,2% artaraq 13,191 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,892 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 5,5% artaraq 1,376 mln. manata, xərcləri isə 80% artaraq 0,777 mln. manata çatıb. Nəticədə, bakın əldə etdiyi mənfəətin həcmi 31,4% azalaraq 0,599 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR