Bank Of Baku

«DəmirBank»ın sosialyönümlü fəaliyyəti beynəlxalq mükafatla qiymətləndirilib

«DəmirBank»ın sosialyönümlü fəaliyyəti beynəlxalq mükafatla qiymətləndirilib
# 12 may 2010 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Microfinance İnformation Exchange Market Inc.» şirkəti tərəfindən 2009-cu il ərzində sosialyönümlü fəaliyyət sahəsində «Gümüş» kateqoriyalı mükafatla təltif edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mikromaliyyə sektoru üzrə məlumatlandırma provayderi olan «Microfinance İnformation Exchange Market Inc.» hər il bankların və mikromaliyyə institutlarının sosial yönümlü fəaliyyətini 22 əsas parametr üzrə qiymətləndirir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bankın sosial yönümlü fəaliyyəti istiqamətində mükafatla təltif edilməsi onun fəaliyyəti, geniş regional filial şəbəkəsi, həmçinin sahibkarlığın kreditləşdirilməsi, əhalinin geniş təbəqəsini əhatə edən mikro-kreditləşmə proqramları, əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlıdır. Y.Cabbarov bildirib ki, hazırda bankın yaxın 3 il üçün nəzərdə tutulan strategiyasının yenilənməsi ilə yanaşı, Korporativ Sosial Məsuliyyət strategiyası da hazırlanır.

Qeyd edək ki, «DəmirBank» 15-dən çox beynəlxalq mikromaliyyə institutları ilə əməkdaşlıq edir. «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR